U-21 millimizin Ayxan Abbasovla ilk sınağı Türkiyədə olacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) martın 17-də Bakıda təlim-məşq toplanışına yığışacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimiz martın 17-də Bakıda, martın 18-dən 26-na qədər də Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

Hazırlıq çərçivəsində U-21-in martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq. Hər iki qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Azərbaycan yığmasının yeni baş məşqçisi Ayxan Abbasov bu toplanış üçün 27 futbolçuya dəvət göndərib. U-21-ə dəvət olunmuş futbolçuların siyahısı ilə tanış ola bilərsiniz:

  1. Rəvan Kazımov – Neftçi
  2. Xəyal Fərzullayev – Sumqayıt
  3. Səlim Həşimov – Zirə
  4. Raul Məmmədov – Mingəçevir
  5. Nadir Orucov – Sumqayıt
  6. İbrahim Ramazanov – Qəbələ
  7. Ayxan Süleymanlı – Sumqayıt
  8. Emin Rüstəmov – Səbail
  9. Həmzəali Mikayılov – Sabah
  10. Fəxri Məmmədli – Şamaxı
  11. Rüfət Abbasov – Şamaxı
  12. Sənan Muradlı – Sumqayıt
  13. Qurban Səfərov – Qarabağ
  14. Dinamin Bağırov – Turan Tovuz
  15. Murad Məmmədov – Neftçi
  16. Nihad Əhmədzadə – Sumqayıt
  17. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  18. Edqar Adilxanov – Şamaxı
  19. Şahin İbrahimov – Sabah
  20. Okan Təhməzli – Cəbrayıl
  21. Mircamal Əlizadə – Turan Tovuz
  22. Emil Süleymanov – Qəbələ
  23. Cavad Kərimov – Kəpəz
  24. Sadiq Şəfiyev – Kəpəz
  25. Oruc Məmmədov – Səbail
  26. Ramil Nurəhmədov – Sabah
  27. Nihat Mehrəliyev – Qarabağ
Xəbəri sosial şəbəkələrdə paylaş: