U-21 millimizin Ayxan Abbasovla ilk sınağı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) bu gün 2025-ci ildə ilk oyununu keçirəcək.

Arena.az xəbər verir ki, yığmamız yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında ilk sınağına çıxacaq.

U-21 millimiz Türkiyədə təşkil olunmuş təlim-məşq toplanışında birinci yoxlama görüşünü keçirəcək. Komandamız Moldova ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Martın 26-dək davam edəcək toplanış çərçivəsində ikinci sınaq ayın 25-də olacaq. Millimiz Şimali Makedoniya ilə görüşəcək.

Yoxlama oyunu
22 mart

21:00. Azərbaycan – Moldova

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: