U-21 millimizin Belarusla oyununun yeri və vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarus yığması ilə keçirəcəyi yoxlama oyununun yeri və başlama vaxtı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq U-21 millimiz mayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüşə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) start veriləcək.

Qeyd edək ki, millimiz hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama görüşü keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: