21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) Cəbəllütariq yığmasına qarşı keçiriləcək oyun üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə qarşılaşacaq. Artıq millimizin bu oyun üçün heyəti də məlumdur.
Bu gün Bakıda toplaşacaq U-21 noyabrın 12-dən 17-nə qədər İspaniyanın Malaqa şəhərində təlim-məşq toplanışı keçəcək. Komandamız noyabrın 18-də səfərdə Cəbəllütariq millisi ilə qarşılaşacaq.
Millimizin heyətini nəzərinizə çatdırırıq:
- Rəvan Mirzəmmədov – Sabah
- Rəvan Kazımov – Şəfa
- Səlim Həşimov – Şamaxı
- Emin Rüstəmov – Səbail
- Elgün Dünyamalıyev – Cəbrayıl
- Raul Məmmədov – Kəpəz
- İbrahim Ramazanov – Turan Tovuz
- Səttar Tahirzadə – Marset (İspaniya)
- Fəxri Məmmədli – Səbail
- Eşqin Əhmədov – Qəbələ
- Sənan Muradlı – Şamaxı
- Okan Təhmazlı – Zaqatala
- Elcan Əbilov – Kəpəz
- Nuğay Rəşidov – Qəbələ
- Murad Məmmədov – Neftçi
- Nihad Əhmədzadə – Sumqayıt
- Emil Süleymanov – Şamaxı
- Oruc Məmmədov – Şamaxı
- Şahin Şahniyarov – Qəbələ
- Edqar Adilxanov – Şamaxı
- Elmar Məmmədov – MOİK
- Ağadadaş Salyanski – Neftçi
- Nahid Əliyev – Şəfa
- Sadiq Şəfiyev – Kəpəz


