Azərbaycanın U-21 millisinin AÇ-2027-nin seçmə mərhələsində Cəbəllüttariqə qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Yasmin Sabotiç olacaq. Ona həmyerliləri Yoakim Da Silva və Tom Hansen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sedrik Biever yerinə yetirəcək.
Azərbaycan və Lüksemburqun U-21 milliləri arasında görüş oktyabrın 6-da keçiriləcək. “Masazır Arena”da baş tutacaq qarşılaşmaya saat 17:45-də start veriləcək.
Qeyd edək ki, seçmə mərhələnin B qrupunda yer almış Azərbaycan millisi 9 oyuna topladığı 7 xalla 6 komanda arasında 5-ci pillədə qərarlaşıb. Portuqaliya 22 xalla liderdir. Çexiya 18, Bolqarıstan və Şotlandiya 14 xal toplayıblar. Xalsız olan Cəbəllüttariq isə sonuncudur.
AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
6 oktyabr
17:45. Azərbaycan – Cəbəllüttariq
Baş hakim: Yasmin Sabotiç (Lüksemburq)
Yan xətt hakimləri: Yoakim Da Silva, Tom Hansen (hər ikisi Lüksemburq)
Dördüncü hakim: Sedrik Biever (Lüksemburq).
“Masazır Arena”.
Xallar: Portuqaliya – 22. Çexiya – 18. Şotlandiya – 14. Bolqarıstan – 14. Azərbaycan – 7. Cəbəllüttariq – 0.


