21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) müvəqqəti baş məşqçisi Rəşad Eyyubov qarşıdakı toplanış üçün heyəti açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya və Şotlandiya yığmaları ilə qarşılaşacaq. Artıq millimizin bu oyunlar üçün heyəti də müəyyənləşib.
U-21-in heyətini və oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
- Rəvan Mirzəmmədov – Sabah
- Xəyal Fərzullayev – Sumqayıt
- Səlim Həşimov – Şamaxı
- İbrahim Ramazanov – Turan Tovuz
- Elgün Dünyamalıyev – Cəbrayıl
- Raul Məmmədov – Kəpəz
- Nadir Orucov – Sumqayıt
- Emin Rüstəmov – Səbail
- Əkbər Eyubov – Zirə
- Sənan Muradlı – Şamaxı
- Rüfət Abbasov – Şamaxı
- Fəxri Məmmədli – Səbail
- Eşqin Əhmədov – Qəbələ
- Hikmət Cəbrayılzadə – Qarabağ
- Murad Məmmədov – Neftçi
- Nihad Əhmədzadə – Sumqayıt
- Emil Süleymanov – Şamaxı
- Oruc Məmmədov – Şamaxı
- Şahin Şahniyarov – Qəbələ
- Şahin İbrahimov – Sabah
- Xəyal Əliyev – Sabah
- Ağadadaş Salyanski – Neftçi
- Nahid Əliyev – Şəfa
- Sadiq Şəfiyev – Kəpəz
Xatırladaq ki, millimiz oktyabrın 10-da səfərdə Çexiya, 14-də isə evdə Şotlandiya seçməsi ilə qarşılaşacaq.
10 oktyabr
20:00. Çexiya – Azərbaycan
Karvina şəhər stadionu.
14 oktyabr
19:00. Azərbaycan – Şotlandiya
Bakı, “Dalğa Arena”.


