21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) AÇ-2025-in seçmə mərhələsində Serbiyaya qarşı oyun üçün heyəti açıqlanıb.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samir Əliyev serblərlə oyun üçün 23 futbolçuya dəvət göndərib.
Qeyd edək ki, U-21 yığmamız AÇ-2025-in seçmə mərhələsi çərçivəsindəki ilk matçını məhz Serbiyaya qarşı keçirəcək. Bu görüş səfərdə baş tutacaq. Oyun Serbiya Futbol Federasiyasının Stara Pazova şəhərində yerləşən İdman Mərkəzində keçiriləcək. Qrupun ilk qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdə İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.
- Rza Cəfərov – Neftçi
- Eldar Tağızadə – Luqo (İspaniya)
- Rüstəm Samiqullin – Sabah
- Seymur Məmmədov – Sabah
- Rüfət Əhmədov – Kəpəz
- Hüseyn Babayev – Neftçi
- Abdulla Rzayev – Araz-Naxçıvan
- Mirəli Əhmədov – Araz-Naxçıvan
- Cəlal Hüseynov – Arda (Bolqarıstan)
- Süleyman Damadayev – Şamaxı
- Ayxan Süleymanlı – Sumqayıt
- Ramin Nəsirli – Dauqavplis (Latviya)
- Nazim Həsənzadə – Zirə
- Camal Cəfərov – Sabah
- Samir Məhərrəmli – Şamaxı
- Elçin Qasımov – Şamaxı
- Murad Vəliyev – Levadiya (Tallin, Estoniya)
- Fərid Yusifli – Neftçi
- Veysəl Rzayev – Turan Tovuz
- Zeynəddin Abdurahmanov – Səbail
- Samir Abdullayev – Səbail
- Mehrac Baxşəli – Qəbələ
- Mustafa Yıldırım – İğdırspor (Türkiyə)


