U-21 millimizin Serbiya və Lüksemburqla oyunlar üçün heyəti

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, yığmamızı qarşıda AÇ-2025-in seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da səfərdə Lüksemburq, ayın 10-da isə evdə Serbiya ilə qarşılaşma gözləyir.

Bu məqsədlə komandamız sentyabrın 2-dən 10-na qədər təlim-məşq toplanışında olacaq.

U-21 sentyabrın 3-dən 4-nə keçən gecə Lüksemburqa yollanacaq, ayın 7-də Bakıya qayıdacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası sentyabrın 6-da, Bakı vaxtı ilə saat 21:30-da “Emile Mayrisch” stadionunda Lüksemburq yığması ilə üz-üzə gələcək. Sentyabrın 10-da, saat 19:00-da isə millimiz “Dalğa Arena”da Serbiya seçməsi ilə üz-üzə gələcək.

Baş məşqçi Samir Əliyev bu oyunlar üçün toplanışa 25 futbolçu dəvət edib:

1. Eldar Tağızadə – Tudelano (İspaniya)

2. Xəyal Fərzullayev – Sumqayıt

3. Rüstəm Samiqullin – Neftçi

4. Süleyman Damadayev – Qəbələ

5. İbrahim Ramazanov – Turan Tovuz

6. Emin Rüstəmov – Səbail

7. Cəlal Hüseynov – Arda (Bolqarıstan)

8. Eşqin Əhmədov – Qəbələ

9. Abdulla Rzayev – Sabah

10. Rüfət Əhmədov – Turan Tovuz

11. Rüfət Abbasov – Şamaxı

12. Mahir Həsənov – Kəpəz

13. Qurban Səfərov – Şamaxı

14. Mirəli Əhmədov – MOİK

15. Rauf Rüstəmli – Şamaxı

16. Emil Səfərov – Neftçi

17. Xəyal Əliyev – Sabah

18. Murad Vəliyev – Nomme Yunayted (Estoniya)

19. Fərid Yusifli – Turan Tovuz

20. Şahin Şahniyarov – Qəbələ

21. Zeynəddin Abdurahmanov – Cəbrayıl

22. Samir Məhərrəmli – Cəbrayıl

23. Camal Cəfərov – Sabah

24. Samir Abdullayev – Səbail

25. Ağadadaş Salyanski – Neftçi.