21 yaşadək futbolçulardan ibarət (U-21) Azərbaycan millisi Bakıdakı təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı yığmamız “Dalğa Arena”da Qırğızıstanın U-23 komandası ilə qarşılaşıb.
Oyunda hesabı millimiz açsa da, qonaqlar penaltidən vurduqları qol sayəsində məğlubiyyətdən xilas olublar. Beləcə, qarşılaşma heç-heçə bitib. Yığmamızın heyətində yeganə qolu Murad Vəliyev vurub.
Xatırladaq ki, U-21 yığmamız üç gün öncə İstanbulda Türkiyənin 21 yaşlıları ilə də yoxlama oyunu keçirmiş və 0:1 hesabıyla məğlub olmuşdu.
Yoxlama oyunu
20 iyun
Azərbaycan – Qırğızıstan 1:1
Qollar: Murad Vəliyev, 61 – Mirlan Bekverdinov, 79-pen.
Azərbaycan: 22. Rza Cəfərov (12. Eldar Tağızadə, 46), 4. Mahir Həsənov, 5. Seymur Məmmədov, 6. Rüfət Əhmədov (2. Ayxan Süleymanlı, 89), 8. Fərid Yusifli (k) (16. Rauf Rüstəmli, 85), 11. Samir Məhərrəmli (7. Camal Cəfərov, 59), 15. Süleyman Damadayev, 17. Murad Vəliyev (21. Məzahir Məmmədzadə, 66), 19. Zeynəddin Əbdürəhmanov, 20. Emil Səfərov, 23. Ramin Nəsirli (10. Samir Abdullayev, 59).
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 3. Mirəli Əhmədov, 9. Ağadadaş Salyanski, 13. Elçin Qasımov, 14. Mehrac Baxşəli, 18. Hüseyn Babayev, 24. İbrahim Ramazanov.
Baş məşqçi: Samir Əliyev.
Qırğızıstan: 16. Kurmanbek Nurlanbekov, 2. Datsayev Said Vladimiroviç, 5. Nurlan Uulu Adilet 6. Adilet Kanbeykov (k) (24. Ernaz Abilov, 84), 7. Nurdoolot Stalbekov (9. Nurbol Baktibekov, 47), 10. Bektur Abdivaliyev, 11. Riskeldi Artibayev (8. Arsen Şarşenbekov, 70), 17. Arslan Bekberdinov, 19. Dastanbek Toktosunov (18. İliçbek Uulu Atay, 70), 23. Mirlan Bekverdinov, 25. Elaman Akilbekov.
Ehtiyat oyunçular: 1. Artem Priadkin, 12. Beksulov Arlen Nurlanoviç, 4. Kumarbay Uulu Bayaman, 20. Midin Kerezbekov, 21. ErmekR Kenzebayev, 22. Erbol Kultayev, 26. Ulan Sulaymanov.
Baş məşqçi: Maksim Lisitsin.


