Slovakiyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz Senec Məşq Mərkəzində Slovakiya yığması ilə qarşılaşıb.
Görüş rəqib komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. U-21 millimizin heyətində qolları 70-ci dəqiqədə Samir Abdullayev və 89-cu dəqiqədə Ağadadaş Salyanski vurublar.
Azərbaycan milli komandası iyunun 11-də Bolqarıstan yığması ilə də yoldaşlıq görüşü keçirəcək. “Dalğa Arena”da baş tutacaq bu oyuna saat 20:00-da start veriləcək.
Yoxlama oyunu
7 iyun
Slovakiya – Azərbaycan 3:2
Qollar: Nino Marçelli, 20; 27. Mario Sauer, 72 – Samir Abdullayev, 70. Ağadadaş Salyanski, 89.
Slovakiya, Senec Məşq Mərkəzi.
Slovakiya: 1. Tomaş Fruhvald, 3. Patrik Leytner, 5. Dominik Yavorçek, 13. Nikolas Şikula, 16. Aleksander Seleçki, 7. Artur Qaydoş, 8. Martin Şviderski, 10. Sebastian Nebila (k), 17. Adrian Kapralik, 18. Nino Marçelli, 19. Timotey Jambor.
Ehtiyat oyunçular: 12. Dominik Tapay, 23. Adam Danko, 2. Tomaş Yaşşo, 4. Marek Uylaki, 15. Filip Mielke, 21. Samuel Kopasek, 6. Mate Solqai, 11. Adam Tuçni, 14. Mario Sauer, 20. Dominik Veselovski, 22. Yan Murqaş, 23. Balint Csoka, 9. Roman Çerepkai.
Baş məşqçi: Yaroslav Kentoş.
Azərbaycan: 12. Yusif İmanov (k), 2. Abdulla Rzayev, 4. Cəlal Hüseynov, 13. Seymur Məmmədov, 15. Süleyman Damadayev, 20. Rüfət Əhmədov, 8. Fərid Yusifli, 9. Nəriman Axundzadə, 17. Murad Vəliyev, 24. Şahin Şahniyarov, 10. Samir Abdullayev.
Ehtiyat oyunçular: 1. Xəyal Fərzullayev, 22. Amin Ramazanov, 3. Mirəli Əhmədov, 14. Rüfət Abbasov, 16. İbrahim Ramazanov, 25. Eşqin Əhmədov, 5. Mahir Həsənov, 6. Zeynəddin Abdurahmanov, 7. Xəyal Əliyev, 11. Samir Məhərrəmli, 19. Elcan Əbilov, 21. Qurban Səfərov, 23. Ramin Nəsirli, 18. Ağadadaş Salyanski.
Baş məşqçi: Samir Əliyev.


