Mini futbol üzrə Azərbaycan millisi (U-23) Xorvatiyada təşkil olunmuş dünya çempionatı çərçivəsində bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu komanda 1/4 finalda İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən oyunda 3:0 hesabı ilə qalib gələn yığmamız yarımfinala yüksəlib. Komandamız sabah yarımfinalda Çexiyanın U-23 yığması ilə qarşılaşacaq. Hansı ki, komandamız qrup mərhələsinin sonuncu turu çərçivəsində bu gün məhz sözügedən komanda ilə qarşılaşmış və 0:2 hesabıyla uduzmuşdu. Sabah yığmamızın həmin məğlubiyyətin əvəzini çıxmaq üçün yaxşı şansı var. Əks halda komandamız mundialda mübarizəni dayandıracaq.
Xatırladaq ki, yığmamız mundialın ilk turunda Serbiyaya 1:5 hesabı ilə uduzmuş, 2-ci turda isə Hindistana 16:0 hesabıyla qalib gəlmişdi. Çexiya ilə üçüncü oyundakı məğlubiyyətə baxmayaraq, yığmamız qrup üçüncüsü kimi 1/4 finala yüksəlmişdi.
Oktyabrın 7-də başlamış dünya çempionatı ayın 10-na qədər davam edəcək.
Dünya çempionatı
1/4 final
9 oktyabr
Azərbaycan – İngiltərə 3:0



