U-23 millimiz DÇ-də Çexiya yığmasına qalib gəldi

Azərbaycanın minifutbol üzrə U-23 milli komandası Xorvatiyada təşkil edilmiş dünya çempionatında bu gün növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, İlkin Hacıyevin rəhbərlik etdiyi yığmamız ikinci oyununda Çexiya seçməsi ilə qarşılaşıb.

Altı qolun qeydə alındığı bu görüş millimizin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin heyətində Elcan Sarıyev dubl edib. Digər qolları Xəzər Ağalızadə və Nihad Ağayev vurublar.

Qeyd edək ki, bu gün startı verilmiş yarışa oktyabrın 16-da yekun vurulacaq. Millimiz bu turnirdəki ilk matçında Rumıniya yığması ilə sülh bağlamışdı – 3:3.

Beləliklə, Azərbaycan millisi iki oyundan sonra 4 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Azərbaycan U-23 millisi bu dünya çempionatına aşağıdakı heyətlə qatılıb:

Qapıçılar:
1. Elcan Sarıyev
93. Cavid Rəhimov

Oyunçular:
6. Mirzə Əmirov
7. Xəzər Ağalızadə
8. Murad Fərzəliyev
9. Kərim İbrahimov
10. Kənan Məsiмov
11. Bəyoğlan Vəlizadə
13. Ümid Qəhrəmanov
15. Ayxan Mustafazadə
19. Mirmövsüm Caniyev
20. Fərid Abbasov
21. Emil Binyatzadə
27. Nihad Ağayev
80. İbrahim Ağayarov

Baş məşqçi: İlkin Hacıyev

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: