“Udineze” Sottili Çoffi ilə əvəzlədi

“Udineze” komandanın baş məşqçisi Andrea Sottili istefaya göndərərək, komandanı əvvəllər çalışdırmış Qabriele Çoffini vəzifəsinə qaytarıb.

Arena.az bu barədə “Udineze”nin rəsmi saytına istinadən məlumat verir.

“Udineze” Andrea Sottili əsas komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırdığını açıqlayır.

Məşqçiyə hər zaman göstərdiyi peşəkarlığa və fədakarlığa görə ürəkdən təşəkkür edirik. Həmçinin onun komandaya rəhbərlik etdiyi il yarım ərzində birlikdə yaşadığımız xoş anlara görə.
Klubdan həmçinin əməkdaşlar Canluka Kristaldi, Salvatore Centile, Yakopo Alberti və Euxenio Vassalle də ayrılırlar, klub onlara da əməyinə görə təşəkkür edir.

Təşəkkürlər, cənab, uğurlar arzulayırıq”, – Udeinesenin mətbuat xidməti oktyabrın 24-də məlumat yayıb.

Sottilin məşqçi qərargahı ilə birlikdə istefaya göndərilməsinin səbəbi “Udineze”nin qeyri-qənaətbəxş çıxışıdır.

Sottil “zebr”ləri 2022-ci ilin yayından çalışdırırdı. “Udineze” Sottilin rəhbərliyi altında İtaliya çempionatının ötən mövsümündə 12-ci yeri tutub. Cari mövsümdə isə “Udineze” A Seriyasının ilk 9 oyununda 6 heç-heçə edib, 3 məğlubiyyət alıb və hazırda 6 xalla 18-ci yerdə qərarlaşıb. Sottilin cari mövsümdə rəsmi oyunlarda yeganə qələbəsi avqustda İtaliya Kuboku çərçivəsində “Katanzaro” ilə oyuna təsadüf edir (4:1). Ümumiyyətlə “zebr”lər sonuncu dəfə cari ilin may ayının əvvəlində İtaliya A Seriyasının oyununda qələbə qazanıblar.
Bu gün, oktyabrın 25-də isə “Udineze” rəsmən yeni baş məşqçisinin təyinatını açıqlayıb. Əvvəllər “zebr”ləri çalışdırmış Qabriele Çoffi komandanın sükanı arxasına gətirilib.

48 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalanıb. Müqavilə uzadılma maddəsini də ehtiva edir. Çoffinin təqdimatı oktyabrın 26-na nəzərdə tutulub. Komandanı Qabriele Çoffinin məşqçi qərarhının üzvləri – köməkçisi Kristiano Baççi və təhlilçi Andrea Aliboni tamamlayacaqlar.

Qeyd etdiyimiz kimi, Çoffi artıq 2021/22 mövsümündə “Udineze”nin baş məşqçisi vəzifəsində çalışıb, mütəxəssis dekabrda mövsümün ortasında vəzifəsinin icrasına başlayıb. Çoffi “Udineze”ni 24 oyunda meydana çıxarıb, hər oyunda komandaya orta hesabla 1,24 xal qazandırıb. Daha sonra Çoffi “Verona”nın sükanı arxasına keçib, amma 2022/23 mövsümünün uğursuz başlanğıcından üç ay sonra istefaya göndərilib.