UEFA AÇ-2024-də ətraf mühitə qayğı ilə bağlı yenilikdən bəhs etdi

UEFA-nın rəsmi saytında 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatı zamanı ətraf mühitə qayğı ilə bağlı yenilikdən bəhs edilib.

Arena.az məlumat verir ki, ekoloji təmizlik ilk dəfə turnirin reqlamentinə meyar kimi daxil edildib.

Buna müvafiq olaraq, oyun cədvəli elə tərtib edilib ki, komandalar qrup mərhələsinin oyunlarını yalnız iki regional klasterdə keçirsinlər. Məqsəd komandalar və azarkeşlər üçün ev sahibi şəhərlər arasında məsafəni qısaltmaqdır.

Bu, komanda nümayəndə heyətlərinə baza düşərgələrindən qrup mərhələsinin oyunlarının keçiriləcəyi yerlərə qatar və ya avtobusla getməyə imkan verəcək. Bu isə əvvəlki turnirlərə nisbətən daha az karbon izinin buraxılmasını təmin edəcək.

Bununla belə, bir çox komandalar öz məşq meydançalarının infrastrukturuna əlavə sərmayə qoymaq üçün seçdikləri komanda baza düşərgəsindən istifadə etməyi öz öhdələrinə götürüblər. Bu isə turnir başa çatdıqdan çox sonra yerli icmaların xeyrinə olacaq.