UEFA rəsmi saytı vasitəsilə Çempionlar Liqası, Avropa Liqası və Avropa Konfrans Liqasının final oyunlarının hakim təyinatlarını açıqlayıb.
Arena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin “İnter” və “Mançester Siti” arasında keçiriləcək final oyununu Şimon Marçinyakın rəhbərlik etdiyi polşalı hakimlər briqadası idarə edəcək.
Ona bu oyunda yan xətt hakimləri Pavel Sokolniçki və Tomaş Listkieviç kömək edəcəklər.
Avropa Liqasında “Sevilya” və “Roma” arasında baş tutacaq final Entoni Teylorun rəhbərlik etdiyi İngiltərədən olan hakimlər briqadasına həvalə edilib. Onun köməkçiləri Qari Besuik və Adam Nunn olacaq.
Konfrans Liqasının “Fiorentina” – “Vest Hem” finalını idarə etmək isə İspaniyadan olan hakim kollektivinə tapşırılıb. Baş hakim Karlos del Serro Qrandeyə həmyerliləri Pau Sebrian Devis və Qvadelupe Porras Ayuso kömək edəcəklər.
UEFA Çempionlar Liqası
Final
10 iyun
23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa).
Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkieviç (Polşa).
Dördüncü hakim: İstvan Kovaç (Rumıniya).
İstanbul. Atatürk Olimpiya Stadionu.
Avropa Liqası
Final
31 may
23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Yan xətt hakimləri: Qari Besuik, Adam Nunn (İngiltərə).
Dördüncü hakim: Maykl Oliver (İngiltərə).
Budapeşt. “Puşkaş Arena”.
Avropa Konfrans Liqası
Final
7 iyun
23:00. “Fiorentina” (İtaliya) – “Vest Hem” (İngiltərə)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya).
Yan xətt hakimləri: Pau Sebrian Devis, Qvadelupe Porras Ayuso (İspaniya).
Dördüncü hakim: Xesus Xil Manzano (İspaniya).
Praqa. “Fortuna Arena”.