UEFA avrokubokların final oyunlarının hakimlərini açıqladı

UEFA 2023/2024-cü illər mövsümü avrokubokların final oyunlarına təyin etdiyi hakimlər heyətini ictimaiyyətə açıqlayıb.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

Beləliklə, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının final oyunlarını idarə edəcək hakim briqadaları məlum olub.

Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə Madrid “Real”ı arasında baş tutacaq final oyununu baş hakim Slavko Vinçiçin rəhbərlik etdiyi sloven hakimlər briqadası idarə edəcək.

Baş hakim: Slavko Vinçiç (Sloveniya);
Köməkçilər: Tomaş Klançnik, Andraj Kovaçiç (hamısı – Sloveniya);
Dördüncü hakim: Fransua Leteksye (Fransa);
Ehtiyat hakim: Siril Myunye (Fransa);
VAR hakimi: Neyts Kaytazoviç (Sloveniya);
AVAR köməkçi: Rade Obrenoviç (Sloveniya);
VAR dəstəyi: Massimiliano İrrati (İtaliya).

Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Avropa Liqasnın həlledici “Atalanta” – “Bayer” final oyununu baş hakim İştvan Kovaçın rəhbərlik etdiyi rumın hakimlər briqadası idarə edəcək.

Baş hakim: İştvan Kovaç (Rumıniya);
Köməkçilər: Vasile Florin Marinesku, Mihai Ovidiu Artene (hamısı – Rumıniya);
Dördüncü hakim: İvan Krujlyak (Slovakiya);
Ehtiyat hakim: Branislav Qantsko (Slovakiya);
VAR hakimi: Paul van Bukel (Niderland);
AVAR köməkçi: Ketelin Popa (Rumıniya);
VAR dəstəyi: Rob Diperink (Niderland).

Avropa Liqasının final oyunu mayın 22-də İrlandiyanın paytaxtı Dublinin “Aviva” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Konfrans Liqasının həlledici oyununda Yunanıstan təmsilçisi Pirey “Olimpiakos”u və İtaliya təmsilçisi “Fiorentina” üz-üzə gələcəklər. Bu oyunu baş hakim Artur Suares Diasın başçılıq etdiyi portuqal hakimlər briqadası idarə edəcəklər.

Baş hakim: Artur Suares Dias (Portuqaliya);
Köməkçilər: Paulo Suares, Pedro Ribeyro (hamısı – Portuqaliya);
Dördüncü hakim: Qlenn Nyuberq (İsveç);
Ehtiyat hakim: Mahbod Beygi (İsveç);
VAR hakimi: Tyaqo Martins (Portuqaliya);
AVAR köməkçi: Kristian Dingert (Almaniya);
VAR dəstəyi: Marko Frits (Almaniya).

Konfrans Liqasının final oyunu mayın 29-da baş Yunanıstan paytaxtı Afinanın “Ayya-Sofiya” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.