UEFA Avropa Liqasında mövsümün komandasını təqdim etdi

UEFA, Avropa Liqasının artıq geridə qalmış 2023/2024-cü illər mövsümünün rəmzi yığma komandasını təqdim edib.

Arena.az UEFA-nın rəsmi saytına istindən, Avropa Liqasında mövsümün rəmzi yığmasını təqdim edir:

Qapıçı: Mile Svilar (“Roma”);

Müdafiəçilər: Canluka Mançini (“Roma”), Conatan Ta (“Bayer”), Berat Ridvan Djimsiti (“Atalanta”);

Yarımmüdafiəçilər: Ceremi Frimpong (“Bayer”), Tyon Kopmeyners (“Atalanta”), Qranit Caka (“Bayer”), Matteo Ruceri (“Atalanta”);

Hücumçular: Florian Virts (“Bayer”), Pyer-Emerik Obameyanq (“Olimpik” (Marsel)), Ademola Lukman (“Atalanta”).

Xatırladaq ki, Avropa Liqasında 2023/2024-cü illər mövsümünün qalibi “Atalanta” olub. Berqamo təmsilçisi finalda yarış boyu parlaq oyun nümayiş etdirmiş “Bayer”i gözlənilmədən böyük hesabla məğlub edib – 3:0.