UEFA Azərbaycan klubları üçün yarım milyon avro ayırdı

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba bütövlükdə 510 062 avroluq yardım edib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, vəsait 2020/21 mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramına görə ödənilib.

Qeyd olunan mövsümdə daxili çempionatda çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməmiş klubların hesabına UEFA-dan maliyyə vəsaiti ayrılıb. Başqa sözlə, “Qarabağ” istisna olmaqla, “Neftçi”, “Səbail”, “Qəbələ”, “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə”nin hər birinə 72 866 avro ödənilib. Məbləğlər AFFA-nın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb. Sadəcə, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait onun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.