UEFA “Barselona”ya verəcəyi cəzanı hələ müəyyənləşdirməyib

UEFA “Neqreyra işi”nə görə İspaniyanın “Barselona” klubunun cəzası ilə əlaqədar hələ yekun qərar qəbul etməyib.

Arena.az bu barədə jurnalist Xose Feliks Diasa istinadən xəbər verir.

Məlumatda vurğulanır ki, bu qeyri-müəyyənlik heç də klubun statusu ilə bağlı deyil.

“Barselona”nın 2023/2024 mövsümü Çempionlar Liqasında iştirakına arxayın olduğu barədə məlumatlar vardı.

Xatırladaq ki, Barselona prokurorluğu texniki hakimlər komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı kluba qarşı iddia qaldırmışdı. “Barselona” 2001-2018-ci illərdə Neqreyranın hazırladığı hakim hesabatlarına 7,3 milyon avro pul ödədiyini iddia edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: