Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə 6 qarşılaşma baş tutub.
“Ferentsvaroş” Macarıstanda Qazaxıstan “Tobol”unu qəbul edib. Komandalar arasındakı ilk görüşdə hesab açılmamışdısa, bu dəfə macarlar darmadağına imza atıblar.
Batumi “Dinamo”su Gürcüstanda Slovakiyanın “Slovan” (Bratislava) kollektivi ilə üz-üzə gəlib. Bratislavadakı ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alınmışdı. Cavab görüşündə isə qonaqlar qalib gəliblər.
Farer adalarının “Klaksvik” komandası ötən ilk oyunda 3 cavabsız qolla uduzduğu Norveç “Bodo Qlimt”inə sürpriz yaşatmağa yaxın olsa da, yekunda bunu bacarmayıb. Rumıniya çempionu ÇFR-in Ermənistan “Pünik”inə doğma meydanda penaltilərlə uduzması da diqqətçəkən olub.
Beləliklə, son günün nəticələrindən sonra “Slovan”, “Bodo Qlimt”, “Maribor”, “Ferentsvaroş”, “Pünik” və “Linfild” komandaları növbəti mərhələyə vəsiqə qazanıblar. Ötən gün “Qarabağ” (Azərbaycan), “Malmö” (İsveç), “Ludoqorets” (Bolqarıstan), HJK (Finlandiya), “Jalgiris” (Litva), “Şkupi” (Şimali Makedoniya), “Şerif” (Moldova), “Düdelanj” (Lüksemburq) və “Şemrok Rovers” (İrlandiya) də mərhələ adlamışdı.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
13 iyul
Dinamo (Batumi, Gürcüstan) – Slovan (Bratislava, Slovakiya) 1:2
İlk oyun – 0:0
Klaksvik (Farer adaları) – Bodo Qlimt (Norveç) 3:1
İlk oyun – 0:3
Şaxtyor (Soliqorsk, Belarus) – Maribor (Sloveniya) 0:2
İlk oyun – 0:0
Ferentsvaroş (Macarıstan) – Tobol (Qazaxıstan) 5:1
İlk oyun – 0:0
ÇFR (Rumıniya) – Pünik (Ermənistan) 2:2 (penaltilər 3:4)
İlk oyun – 0:0
Linfild (Şimali İrlandiya) – TNS (Uels) 2:0
İlk oyun – 0:1
Artıq UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində üz-üzə gələcək kollektivlər də müəyyənləşib. Həmin cütləri təqdim edirik:
Ferentsvaroş (Macarıstan) – Slovan (Bratislava, Slovakiya)
Dinamo (Zaqreb, Xorvatiya) – Şkupi (Şimali Makedoniya)
Qarabağ (Azərbaycan) – Sürix (İsveçrə)
HJK (Finlandiya) – Viktoriya (Plzen, Çexiya)
Linfild (Şimali İrlandiya) – Bodo Qlimt (Norveç)
Jalgiris (Litva) – Malmö (İsveç)
Ludoqorets (Bolqarıstan) – Şemrok Rovers (İrlandiya)
Maribor (Sloveniya) – Şerif (Moldova)
Makkabi (Hayfa, İsrail) – Olimpiakos (Yunanıstan)
Pünik (Ermənistan) – Düdelanj (Lüksemburq)
Midtyulland (Danimarka) – AEK (Kipr)
Dinamo” (Kiyev, Ukrayna) – Fənərbaxça (Türkiyə)
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları 19-20 iyulda, cavab matçları isə 26-27 iyulda baş tutacaq.


