UEFA Çempionlar Liqasında darmadağınlar gecəsi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 5 qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu “Qarabağ” Macarıstan “Ferentsvaroş”unu, Norveçin “Bodo Qlimt” komandası isə Litva “Jalgiris”ni sınağa çəkib. Bakıda heç-heçə qeydə alınıb. Norveç çempionu isə rəqibini 5 cavabsız qolla yenib.

Hayfa “Makkabi”si İsraildə Kipr “Apollon”unu darmadağın edib. Kiyev “Dinamo”su Polşada Avstriyanın “Şturm” klubunu 1 qolla üstələyibsə, “Srvena Zvezda” Serbiyada Ermənistan “Pünik”ini 5 cavabsız qolla yenib.

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları avqustun 9-da keçiriləcək.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
3 avqust

Qarabağ (Azərbaycan) – Ferentsvaroş (Macarıstan) 1:1

Bodo Qlimt (Norveç) – Jalgiris (Litva) 5:0

Makkabi (Hayfa, İsrail) – Apollon (Kipr) 4:0

Dinamo (Kiyev, Ukrayna) – Şturm (Avstriya) 1:0

Srvena Zvezda (Serbiya) – Pünik (Ermənistan) 5:0