Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub. Arena.az xəbər verir ki, 2-ci oyun günündə daha 8 qarşılaşma keçirilib.
A qrupunda “Ayaks” “Reyncers”i, “Napoli” isə “Liverpul”u qəbul edib. Hər iki oyunda meydan sahibləri darmadağına seviniblər.
B qrupunda “Portu” Madrid “Atletiko”sunun, “Bayer” “Brügge”nin qonağı olub. Bu iki oyunda isə meydan sahibləri çətinliklə qələbə qazanıblar.
C qrupunda pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Plzen “Viktoriya”sı İspaniyada “Barselona” ilə qarşılaşıb. Çexiya çempionu gözlənildiyi kimi, bu oyunda darmadağına üzülüb. Bu qrupun digər matçında isə Milan “İnter”i evdə “Bayern”lə üz-üzə gəlib və 2 cavabsız qolla uduzub.
Nəhayət, D qrupunda Avropa Liqasının son qalibi olan “Ayntraxt” “Sportinq”i, “Tottenhem” isə Marsel “Olimpik”ini sınağa çəkib. London klubunun inamlı qələbəyə sevindiyi gündə Frankfurt təmsilçisi evdə böyük hesabla məğlub olub.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 1-ci tur
7 sentyabr
A qrupu
Ayaks (Niderland) – Reyncers (Şotlandiya) 4:0
Qol: E.Alvares, 17. Berqeys, 32. Kudus, 33. Berqveyn, 80.
Napoli (İtaliya) – Liverpul (İngiltərə) 4:1
Qol: Zelinski, 5-pen; 47. Anqissa, 31. Simeone, 47 – L.Dias, 49.
B qrupu
Atletiko (İspaniya) – Portu (Portuqaliya) 2:1
Qol: Hermoso, 90+2. Qrizmann, 90+11 – Uribe, 90+5.
Brügge (Belçika) – Bayer (Almaniya) 1:0
Qol: Silla, 42.
C qrupu
Barselona (İspaniya) – Viktoriya (Plzen, Çexiya) 5:1
Qol: Kessye, 13. Levandovski, 34; 45+3; 67. F.Torres, 71 – Sikora, 44.
İnter (İtaliya) – Bayern (Almaniya) 0:2
Qol: Sane, 25. De Ambrosio, 66-öz qapısına.
D qrupu
Ayntraxt (Almaniya) – Sportinq (Portuqaliya) 0:3
Qol: Edvards, 65. Trinkao, 67. N.Santos, 82.
Tottenhem (İngiltərə) – Olimpik (Marsel, Fransa) 2:0
Qol: Riçarlison, 76; 81.