UEFA Çempionlar Liqasının yeni tərtibatını açıqladı

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) gələn mövsümdən Çempionlar Liqasının yeni tərtibatını izah etmək üçün şəkillər təqdim edib.

Arena.az bildirir ki, 2024/2025 mövsümündən UEFA Çempionlar Liqasında əvvəlki kimi 32 yox, 36 komanda çıxış edəcək.

Əvvəllər klublar hər biri 4 komandadan ibarət 8 qrupa bölünürdülərsə, indi Çempionlar Liqasında 36 komandanın hamısının vahid turnir cədvəlində yer aldığı İsveçrə sistemi adlanan sistemdən istifadə ediləcək.

Yeni tərtibata görə, qrup mərhələsində 8 tur olacaq (əvvəlki tərtibatda 6 tur idi). Komandalar 4 oyununu evdə, daha 4 oyununu isə səfərdə keçirəcəklər.

İlk 8 yeri tutmuş ən yaxşı komandalar ələmə mərhələsinə birbaşa vəsiqə qazanacaq. 9-24-cü yerləri tutmuş klublar iki oyunluq qarşıdurmada öz aralarında yarışacaq və yarışın növbəti mərhələsinə daha 8 vəsiqə uğrunda mübarizə aparacaqlar. 25-36-cı yerləri tutmuş komandalar Avropa yarışlarında çıxışlarını başa vuracaqlar.