UEFA ÇL-in final matçının rəsmi topunu təqdim etdi

UEFA Çempionlar Liqasının 2023/2024 mövsümününü ələmə mərhələsi və final oyunu üçün hazırlanmış rəsmi oyun topunu təqdim edib.

Arena.az məlumat verir ki, “Adidas” şirkətinin istehsalı etdiyi top “UCL Pro Ball London” adlanır.

“Topun tərtibatı ev sahibi şəhəri ulduzlar arasında döyüşən iki nəriltili aslanın parlaq təsvirində təcəssüm etdirir. Aslan İngiltərənin və paytaxtının zəngin tarixi və mədəniyyətinin rəmzi olmaqla yanaşı, həm də oyunçuların cəsarətini və gücünü, Avropa klub futbolunun ən çox arzulanan kubokunun əzəmətini təmsil edir.

Tərtibata əlavə olaraq, top oyunçular üçün ən yüksək dəqiqliyi təmin etmək üçün hazırlanmış bir sıra texnologiyalarla təchiz edilmişdir. Topun mütərəqqi naxışlı “Prisma” səthi Avropanın ən yaxşı oyunçularına topla daha da dəqiqliklə davranmağı təmin edəcək. Naxışlı xarici örtük etirabrlı tutma və tam idarəetməni təmin edir, termoemal texnologiyası ilə yapışdırılmış qüsursuz tərtibat isə mütləq səmərəni təmin edir”, – UEFA-nın rəsmi saytında topun təsviri təqdim edilib.

UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.