UEFA ÇL-in qrup mərhələsinin rəmzi komandasını açıqladı

UEFA Çempionlar Liqasının 2023/2024-cü il mövsümünün qrup mərhələsinin ən yaxşı futbolçularından ibarət rəmzi komandasını təqdim edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən məlumat verir ki, rəmzi komandaya “Arsenal”, “Borussiya” (Dortmund) və “Real Sosyedad” komandalarının hər birindən 2 futbolçu, “Bayern”, “Portu”, “Barselona”, “Mançester Siti” və “Real”dan isə 1 futbolçu daxildir.

2023/2024 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin rəmzi komandasını təqdim edirik:

Qapıçı:
Qreqor Kobel (“Borussiya”, Dortmund);

Müdafiəçilər:
Joau Kanselu (“Barselona”);
Mats Hummels (“Borussiya”, Dortmund);
Ayen Munyos (“Real Sosyedad”);

Yarımmüdafiəçilər:
Bukayo Saka (“Arsenal”);
Fil Foden (“Mançester Siti”);
Cud Bellingem (“Real”);
Brays Mendes (“Real Sosyedad”);
Venderson Qaleno (“Portu”);

Hücumçular:
Harri Keyn (“Bayern”);
Qabriel Jezus (“Arsenal”).

Xatırladaq ki, Çempionlar Liqasının tərtibatı 2024/2025 mövsümündən dəyişəcək. Əsas dəyişiklik turnirin cari tərtibatındakı qrup mərhələsindən imtinadır. Növbəti mövsümdən Çempionlar Liqası İsveçrə sistemi ilə keçiriləcək və komandaların sayı 32-dən 36-ya yüksələcək.

36 komanda vahid cədvəl təşkil edəcək, hər biri 8 oyun keçirəcək (4 oyun evdə, 4 oyun səfərdə).

Yeni tərtibatla turnir cədvəlində ən yaxşı 8 komanda birbaşa 1/8 finala yüksələcək. 9-cu yerdən 24-cü yer daxil omaqla qərarlaşmış komandalar isə ikinci səkkizliyi müəyyən etmək üçün əlavə iki oyun keçirəcəklər.