UEFA Gənclər Liqası: “Sabah” “Bazel”ə qarşı

19 yaşadək futbolçular arasında Azərbaycan çempionu “Sabah” (U-19) bu gün avrokuboklarda mübarizəyə başlayır.

Arena.az xəbər verir ki, Bakı klubu UEFA Gənclər Liqasında ikinci mərhələnin ilk oyununa çıxacaq.

Xorvatiyalı baş məşqçi Adino Mustedanaqiçin yetirmələri “Bazel”lə qarşılaşacaq. Təmsilçimiz avrokubok debütünü İsveçrədə gerçəkləşdirəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı noyabrın 6-da Bakıda baş tutacaq. İkinci qarşılaşmaya saat 18:00-da start veriləcək.

UEFA Gənclər Liqası
2-ci mərhələnin ilk oyunu
23 oktyabr

21:00. “Bazel” – “Sabah”
Baş hakim: Patrik Kolariç (Xorvatiya).
Bazel. “Sent Yakob-Park” stadionu.