Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” – “Leypsiq” oyununun yeri açıqlanıb.
Arena.az xəbər verir ki, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qitə futbol qurumunun belə qərar verməsinə Almaniyanın koronavirusa görə İngiltərəyə uçuşları fevralın 17-dək dayandırması səbəb olub.
Qeyd edək ki, “Liverpul” – “Leypsiq” matçı fevralın 16-da baş tutacaq.