UEFA “Liverpul”la oyundan öncə “Qalatasaray”ı cəzalandırdı

Türkiyə çempionu “Qalatasaray” azarkeşlərinin UEFA Çempionlar Liqasının (ÇL) matçındakı qayda pozuntularına görə cəzalandırılıb.

Arena.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Belə ki, fanatlar fevralın 25-də baş tutmuş “Yuventus”la cavab matçında (2:3) pirotexniki vasitələrdən istifadə ediblər. Onlar həmçinin meydançaya tribunadan müxtəlif əşyalar atıblar.

Türkiyə klubu baş verənlərə görə 40 min avro məbləğində cərimələnib. Həmçinin, türkiyəli azarkeşlər ÇL-in 1/8 final mərhələsi çərçivəsində İngiltərə çempionu “Liverpul”a qarşı keçiriləcək səfər oyununa bilet ala bilməyəcəklər.

Xatırladaq ki, “Liverpul” “Qalatasaray”ı martın 18-də qəbul edəcək. İlk oyun isə martın 10-da Türkiyədə keçiriləcək.

“Sarı-qırmızılar” UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşdığı “Yuventus”u doğma meydanda 5:2 hesabıyla məğlub etsə də, səfərdə 2:3 hesabıyla uduzmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: