Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 3-cü turuna start veriləcək.
Arena.az xəbər verir ki, turun ilk günündə A, B, C və D Liqaları çərçivəsində 10 matç baş tutacaq.
Ümumilikdə 6 qrupda 1-ci dövrəyə yekun vurulacaq. Günün mərkəzi qarşılaşması A Liqasında İtaliya ilə Belçika yığmaları arasında baş tutacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin ilk dövrəsinəə oktyabrın 12-də yekun vurulacaq. Azərbaycan milli komandası bu turda Estoniya yığmasının qonağı olacaq. Estoniya – Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
10 oktyabr
A Liqası, 2-ci qrup
22:45. İsrail – Fransa
22:45. İtaliya – Belçika
Xallar: İtaliya – 6. Fransa – 3. Belçika – 3. İsrail – 0.
B Liqası, 2-ci qrup
22:45. Finlandiya – İrlandiya
22:45. İngiltərə – Yunanıstan
Xallar: Yunanıstan – 6. İngiltərə – 6. İrlandiya – 0. Finlandiya – 0.
B Liqası, 3-cü qrup
22:45. Avstriya – Qazaxıstan
22:45. Norveç – Sloveniya
Xallar: Sloveniya – 4. Norveç – 4. Avstriya – 1. Qazaxıstan – 1.
C Liqası, 4-cü qrup
20:00. Latviya – Şimali Makedoniya
22:45. Farer adaları – Ermənistan
Xallar: Şimali Makedoniya – 4. Ermənistan – 3. Latviya – 1. Farer adaları – 1.
D Liqası, 1-ci qrup
22:45. Cəbəllütariq – San Marino
Xallar: San Marino – 3. Cəbəllütariq – 1. Lixtenşteyn – 1.
D Liqası, 2-ci qrup
20:00. Moldova – Andorra
Xallar: Moldova – 3. Malta – 3. Andorra – 0.