Ötən gecə futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinə yekun vuruldu.
Bununla da turnirin 1/4 finalçıları, həmçinin liqaları dəyişən və pley-offda çıxış edəcək bütün komandaların adına aydınlıq gəlmiş oldu.
Arena.az xəbər verir ki, Rusiyanın buraxılmadığı bu yarışda qitənin 54 komandası 4 liqada mübarizə aparırdı. Uğursuz mövsüm keçirmiş Azərbaycan millisinin də mövqeyi dəqiqləşdi. C Liqasının 1-ci qrupunda sonuncu yeri tutan yığmamız Avropada 47-ci oldu. Fernando Santosun yetirmələri yalnız 7 komandadan öndə yer alır. Millimiz bu nəticə ilə D liqasına yuvarlanıb.
Qrup mərhələsinin yekunlarına əsasən, liqalarını dəyişmiş komandaların siyahısını təqdim edirik:
1/4 finala yüksələnlər: Almaniya, Danimarka, İspaniya, İtaliya, Niderland, Portuqaliya, Fransa, Xorvatiya;
A Liqasına yüksələnlər: İngiltərə, Norveç, Uels, Çexiya;
B Liqasına düşənlər: Bosniya və Herseqovina, İsrail, Polşa, İsveçrə;
B Liqasına yüksələnlər: Şimali İrlandiya, Şimali Makedoniya, İsveç;
C Liqasına düşənlər: Albaniya, Qazaxıstan, Finlandiya, Monteneqro;
C Liqasına yüksələnlər: Moldova, San Marino;
D Liqasına düşənlər: Azərbaycan, Litva;
Pley-offda oynayacaqlar A/B: Avstriya, Belçika, Macarıstan, Yunanıstan, Serbiya, Türkiyə, Ukrayna, Şotlandiya;
Pley-offda oynayacaqlar B/C: Ermənistan, Bolqarıstan, Gürcüstan, İrlandiya, İslandiya, Slovakiya, Sloveniya;
Pley-offda oynayacaqlar C/D: Cəbəllütariq, Latviya, Lüksemburq, Malta.
Qeyd edək ki, UEFA Millətlər Liqasında 1/4 final, yarımfinal mərhələlərinin, eləcə də pley-off mərhələsinin püşkatma mərasimi noyabrın 22-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.
UEFA Millətlər Liqası
| Yer | Komanda | O | X | Liqada yer |
| 1 | İspaniya | 6 | 16 | A1 |
| 2 | Almaniya | 6 | 14 | A1 |
| 3 | Portuqaliya | 6 | 14 | A1 |
| 4 | Fransa | 6 | 13 | A1 |
| 5 | İtaliya | 6 | 13 | A2 |
| 6 | Niderland | 6 | 9 | A2 |
| 7 | Danimarka | 6 | 8 | A2 |
| 8 | Xorvatiya | 6 | 8 | A2 |
| 9 | Şotlandiya | 6 | 7 | A3 |
| 10 | Serbiya | 6 | 6 | A3 |
| 11 | Macarıstan | 6 | 6 | A3 |
| 12 | Belçika | 6 | 4 | A3 |
| 13 | Polşa | 6 | 4 | A4 |
| 14 | İsrail | 6 | 4 | A4 |
| 15 | İsveçrə | 6 | 2 | A4 |
| 16 | Bosniya və H. | 6 | 2 | A4 |
| 17 | İngiltərə | 6 | 15 | B1 |
| 18 | Norveç | 6 | 13 | B1 |
| 19 | Uels | 6 | 12 | B1 |
| 20 | Çexiya | 6 | 11 | B1 |
| 21 | Yunanıstan | 6 | 15 | B2 |
| 22 | Avstriya | 6 | 11 | B2 |
| 23 | Türkiyə | 6 | 11 | B2 |
| 24 | Ukrayna | 6 | 8 | B2 |
| 25 | Sloveniya | 6 | 8 | B3 |
| 26 | Gürcüstan | 6 | 7 | B3 |
| 27 | İslandiya | 6 | 7 | B3 |
| 28 | İrlandiya | 6 | 6 | B3 |
| 29 | Albaniya | 6 | 7 | B4 |
| 30 | Monteneqro | 6 | 3 | B4 |
| 31 | Qazaxıstan | 6 | 1 | B4 |
| 32 | Finlandiya | 6 | 0 | B4 |
| 33 | İsveç | 6 | 16 | C1 |
| 34 | Ş.Makedoniya | 6 | 16 | C1 |
| 35 | Rumıniya | 5 | 15 | C1 |
| 36 | Ş.İrlandiya | 6 | 11 | C1 |
| 37 | Slovakiya | 6 | 13 | C2 |
| 38 | Kosovo | 5 | 12 | C2 |
| 39 | Bolqarıstan | 6 | 9 | C2 |
| 40 | Ermənistan | 6 | 7 | C2 |
| 41 | Belarus | 6 | 7 | C3 |
| 42 | Farer adaları | 6 | 6 | C3 |
| 43 | Kipr | 6 | 6 | C3 |
| 44 | Estoniya | 6 | 4 | C3 |
| 45 | Latviya | 6 | 4 | C4 |
| 46 | Lüksemburq | 6 | 3 | C4 |
| 47 | Azərbaycan | 6 | 1 | C4 |
| 48 | Litva | 6 | 0 | C4 |
| 49 | Moldova | 4 | 9 | D1 |
| 50 | San Marino | 4 | 7 | D1 |
| 51 | Malta | 4 | 7 | D2 |
| 52 | Cəbəllütariq | 4 | 6 | D2 |
| 53 | Lixtenşteyn | 4 | 2 | D3 |
| 54 | Andorra | 4 | 1 | D3 |


