UEFA Millətlər Liqasında qrup mərhələsinin 6-cı turu başlayır

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024-2025-ci illər mövsümünün qrup mərhələsində 6-cı tura start veriləcək.

Arena.az xəbər verir ki, sonuncu turun ilk oyun günündə 8 oyun təşkil ediləcək.

Beləliklə, 16 yığma qrup mərhələsində son matçlarına çıxacaqlar.

Günün mərkəzi oyunu A Liqasında İtaliya ilə Fransa arasında baş tutacaq. Qrupun digər oyunu İsrail və Belçika yığmaları arasında keçiriləcək.

B Liqasında isə qrup liderliyi uğrunda İngiltərə İrlandiyanı qonaq edəcək. Finlandiya yığması da Yunanıstan seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 6-cı turuna noyabrın 19-da yekun vurulacaq. Azərbaycan millisi də qrup mərhələsinin sonuncu günündə İsveç yığmasının qonağı olacaq. Millimiz son olaraq ötən gün doğma meydanda Estoniya ilə sülhə razılaşıb – 0:0.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
17 noyabr

A Liqası, 2-ci qrup

23:45. İtaliya – Fransa
23:45. İsrail – Belçika

Xallar: İtaliya – 13, Fransa – 10, Belçika – 4, İsrail – 1.

B Liqası, 2-ci qrup

21:00. İngiltərə – İrlandiya
21:00. Finlandiya – Yunanıstan

Xallar: İngiltərə – 12. Yunanıstan – 12. İrlandiya – 6. Finlandiya – 0.

B Liqası, 3-cü qrup

21:00. Norveç – Qazaxıstan
21:00. Avstriya – Sloveniya

Xallar: Avstriya – 10. Norveç – 10. Sloveniya – 7. Qazaxıstan – 1.

C Liqası, 4-cü qrup

18:00. Latviya – Ermənistan
18:00. Şimali Makedoniya – Farer adaları

Xallar: Şimali Makedoniya – 13, Farer adaları – 6, Ermənistan – 4, Latviya – 4.

Xəbəri sosial şəbəkələrdə paylaş: