UEFA rəsmi saytında, Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün final oyununun keçiriləcəyi məkanla bağlı məlumatı paylaşıb.
Arena.az məlumat verir ki, həlledici oyun ya İtaliyada, ya da Almaniyada baş tutacaq.
Bu ölkələrin milli komandaları gələn ilin mart ayında yarışın 1/4 final oyununda üz-üzə gələcəklər.
Millətlər Liqasının final oyunu iyunun 8-də, 3-cü yer uğrunda oyun da elə, həmin gün baş tutacaq.
Xatırladaq ki, yarışın cari qalibi bu yay futbol üzrə Avropa çempionatının (AÇ-2024) da qalibi olmuş İspaniya yığmasıdır.
İspaniya yığması ötən mövsüm (2022/2023) UEFA Millətlər Liqasının final oyununda Xorvatiya yığmasını oyunsonrası penaltilər silsiləsində məğlub etmişdi (0:0, 5:4).



