UEFA Millətlər Liqasının final matçının ən yaxşı oyunçusu

UEFA Millətlər Liqasının Xorvatiya və İspaniya yığmaları arasında baş tutan final qarşılaşmasının ən yaxşı oyunçusunun adı açıqlanıb.

Arena.az xəbər verir ki, bu ada “Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodriqo Hernandes layiq görülüb.

Rodri bütün oyunu meydanda keçirib. Sarı vərəqə almasına rəğmən, oyunda əhəmiyyətli dərəcədə fəallığı ilə yadda qalıb və oyunsonrası penaltilər seriyasında zərbəsini dəqiq yerinə yetirib.

Xatırladaq ki, əsas və əlavə vaxtda komandalar hesabı aça bilməyiblər. Penlatilər seriyasında daha dəqiq olan ispanlar 5:4 hesabı ilə qələbə qazanaraq ilk dəfə UEFA Millətlər Liqasının çempionu olublar.