UEFA Niderland – İngiltərə oyununun hakimini dəyişir?

UEFA daha əvvəl AÇ-2024-ün yarımfinal mərhələsinin Niderland – İngiltərə oyununa baş hakim təyinatı ilə bağlı qərarını dəyişməyəcək.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, UEFA bu oyuna adı daha əvvəl danışılmış oyunlarda hallanmış alman hakim Feliks Svayeri təyin edib.

Feliks Svayerin adı 2014-cü ildə böyük qalmaqalda – danışılmış oyunların təşkili və rüşvət məsələlərində hallanıb və bu biabırçılığı səbəbilə Svayer 6 aylıq müddətə diskvalifikasiya edilib. Feliks Svayerə qarşı 2005-ci ildə Almaniya birinciliyində danışılmış oyunların təşkili və 300 avro məbləğində rüşvət alması ilə bağlı müvafiq ittihamlardan sonra, alman hakimin böyük yarışlara təyinatı mümkünsüz hesab edilirdi. Göründüyü kimi UEFA bu mümkünsüzlüyü mümkün edib.

Xatırladaq ki, AÇ-2024-ün yarımfinal mərhələsinin Niderland – İngiltərə oyunu iyulun 10-da Dortmundun “Siqnal İquna Park” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.