UEFA-nın AÇ-2024 əsas prioriteti təhlükəsizlik olacaq

UEFA qarşıdan gələn Avropa çempionatında (AÇ-2024) təhlükəsizliyin təşkilatçılar üçün əsas prioritet olacağını bildirib.

Arena.az məlumat verir ki, ali futbol qurumu həmçinin layiqli təhlükəsizlik mexanizmlərinin işlənib hazırlanması üçün Almaniya hakimiyyəti və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib:

“2024-cü il Avropa çempionatında təhlükəsizlik UEFA və Almaniya hakimiyyəti üçün əsas prioritetdir. Buna görə də UEFA bütün yarış iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün müvafiq və etibarlı mexanizmlər hazırlamaq üçün müvafiq orqanlar və tərəfdaşlarla sıx əməkdaşlıq edir. Əminik ki, bütün lazımi tədbirlər görüləcək”, – qurumun mətbuat xidməti bildirib.

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Avropa çempionatının cari çempionu İtaliya yığmasıdır.