UEFA Rodri və Moratanı cəzalandırdı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi İspaniya yığmasının futbolçuları Rodri və Alvaro Moratanı bir oyunluq diskvalifikasiya edib.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Buna səbəb, Rodri və Moratanın AÇ-2024-dən sonra, iyulun 15-də Madriddə İspaniya yığmasının qitə birinciliyində qalibiyyətinin qeyd edilməsi mərasimindəki davranışladır. Belə ki, sözügedən oyunçular bu mərasimdə “Cəbəllüttariq – İspaniyadır” şüarını səsləndiriblər.

Bildirilir ki, futbolçular ümumi davranış qaydalarına əməl etmədiklərinə, layiqli davranışın əsas qaydalarını pozduqlarına, idman tədbirlərindən qeyri-idman xüsuslu bəyanatlar vermək üçün istifadə etdiklərinə, xüsusən də futbolu və UEFA-nı nüfuzdan saldıqlarına görə diskvalifikasiya ediliblər.

Xatırladaq ki, AÇ-2024-ün finalında İspaniya millisi İngiltərə yığması ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğub edən ispanlar qitə birincisi olmaqla bu mənada yeni rekord müəyyənləşdiriblər.