Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ispan futbolçular – yarımmüdafiəçi Rodri və hücumçu Alvaro Morataya qarşı intizam işi açıb.
Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.
Buna səbəb, Rodri və Moratanın AÇ-2024-dən sonra, iyulun 15-də Madriddə İspaniya yığmasının qalibiyyətinin qeyd edilməsi mərasimində səsləndirdikləri “Cəbəllüttariq – İspaniyadır” şüarıdır.
Rodri və Morata UEFA İntizam Nizamnaməsinin 4 bəndini pozulmasında ittiham edilirlər:
- Ümumi davranış qaydalarının pozulması;
- Layiqli davranışın əsas qaydalarının pozulması;
- Qeyri-idman bəyanatları vermək üçün idman tədbirlərindən istifadə edilməsi;
- Futbolun və UEFA-nın nüfuzuna xələl gətirilməsi.
UEFA-nın bəyanatında qeyd edilib ki, UEFA-nın nəzarət, etika və intizam qurumu bu məsələ ilə bağlı qərarını müvafiq vaxtda verəcək.