UEFA və CONMEBOL Rusiya və Paraqvay yığmaları arasında yoldaşlıq oyunu ilə bağlı heç bir çətinlik və fəsad olmadan razılaşıblar.
Arena.az məlumat verir ki, oyun martın 25-də Moskvadakı “Dinamo” stadionunda baş tutacaq.
Oyunun nəticəsi ilə FIFA-nın reytinq cədvəlində əksini tapacaq.
Paraqvay Futbol Assosiasiyasının (APF) baş katibi Luis Kanonnikoff bildirib ki, oyunun razılaşdırılması zamanı qitələrin ali futbol qurumlarını təmsil edən tərəflər arasında heç bir çətinlik yaşanmayıb.
“Heç bir narahatlıq yox idi, bu haqda ictimaiyyətə açıqlanmazdan əvvəl həm CONMEBOL, həm də UEFA-dan icazələr alınıb”, – “RİA Novosti Sport” Kanonnikoffdan sitat gətirir.
Xatırladaq ki, UEFA və FIFA Rusiyanı siyasi səbəblərə görə beynəlxalq yarışlardan kənarlaşdırıblar. Eyni kənarlaşdırmalar digər idman növlərinə, xüsusən də komanda idman növlərinə tətbiq edilib. Rusiyalı futbol hakimlərinin də beynəlxalq oyunlara çağırılması dayandırılıb.