Uelslə matçın ən yaxşısı Kyeza seçildi

AÇ-2020-nin A qrupu çərçivəsində keçirilən İtaliya – Uels matçının ən yaxşı futbolçusu müəyyənləşib. Arena.az xəbər verir ki, İtaliya yığmasının yarımmüdafiəçisi Federiko Kyeza bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən biri olub.

Qeyd edək ki, İtaliya – Uels matçı 1:0 hesabıyla başa çatıb.

Federiko Kyeza müqavilə ilə “Fiorentina”ya məxsus olsa da, geridə qalan mövsümü “Yuventus”da keçirib.