Ukrayna millisinin sabiq üzvü Azərbaycan çempionatında?

Futbol üzrə Ukrayna millisinin sabiq üzvü Yevgeni Xaçeridi karyerasını Azərbaycanda davam etdirə bilər.

Arena.az xəbər verir ki, bu barədə “Dinamo Kiev İnsider”in “Telegram” kanalı məlumat yayıb. Xəbərdə, hazırda klubsuz qalan 33 yaşlı müdafiəçinin Azərbaycan və ya Qazaxıstana üz tutacağı bildirilib.

Xaçeridinin istədiyi məvacibi Ukrayna Premyer Liqası klubları vermək istəmir. Bu səbəbdən müdafiəçinin meneceri bütün diqqəti Azərbaycan və Qazaxıstana yönəldib.

Ukrayna yığmasında 51 oyuna 3 qol vuran Xaçeridi, ölkəsində “Dinamo” (Kiyev), “Volın”, “Metallurq-2”, Yunanıstanda PAOK, Belarusda isə “Dinamo”nun (Brest) uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Ukrayna yığmasında 51 oyun keçirib, 3 qol vurub.