Ukrayna Premyer Liqası: Emil 13 dəqiqə oynadı, Dmitri…

Futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 19-cu turunun qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.

Mustafayevin formasını geyindiyi “Polesye” doğma meydanda “LNZ Çerkası” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 0:1. Emil bu görüşün 77-ci dəqiqəsində meydana buraxılıb.

Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda “Dnepr-1” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Dmitri sonadək ehtiyatda qalıb.

19 turdan sonra “Polesye” 33 xalla 16 iştirakçı arasında 4-cü, “Obolon” isə 15 xalla 13-cü pillədə qərarlaşıb.

“Obolon” Ukrayna Premyer Liqasının 20-ci turu çərçivəsində martın 9-da səfərdə “Krivbas”la ilə üz-üzə gələcək. “Polesye” isə həmin gün “Aleksandriya”nı qəbul edəcək.