Futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turunun qarşılaşmaları keçirilib.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.
Mustafayevin formasını geyindiyi “Polesye” səfərdə məhz “Obolon”la üz-üzə gəlib. Qarşılaşma meydan sahibi “Obolon”un qələbəsiylə yekunlaşıb – 1:0.
Nağıyev bu görüşdə sonadək ehtiyatda qalıb. Mustafayev isə 75-ci dəqiqədə meydana buraxılıb.
21 turdan sonra ardıcıl üç oyundur məğlub olan “Polesye” 33 xalla 16 iştirakçı arasında 6-cı, “Obolon” isə 18 xalla 13-cü pillədə qərarlaşıb.
“Obolon” Ukrayna Premyer Liqasının 22-ci turu çərçivəsində martın 30-da doğma meydanda Donetsk “Şaxtyor”u ilə üz-üzə gələcək. “Polesye” isə həmin gün Odessa “Çernomorets”ini qəbul edəcək.