Ukrayna Premyer Liqası: Emil üçün bir hissə, Dmitri…

Futbol üzrə Ukrayna çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turunun qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Dmitri Nağıyevlə Emil Mustafayevin komandaları da növbəti matçlarına çıxıblar.

Mustafayevin formasını geyindiyi “Polesye” doğma meydanda “Aleksandriya” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 1:2. Emil bu görüşün 46-cı dəqiqəsində meydana buraxılıb.

Nağıyevin formasını geyindiyi “Obolon” isə bu turda “Krivbas”la üz-üzə gəlib. Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Dmitri sonadək ehtiyatda qalıb.

20 turdan sonra “Polesye” 33 xalla 16 iştirakçı arasında 4-cü, “Obolon” isə 15 xalla 13-cü pillədə qərarlaşıb.

“Obolon” Ukrayna Premyer Liqasının 21-ci turu çərçivəsində martın 16-da doğma meydanda məhz “Polesye” ilə üz-üzə gələcək.