Ülviyyə Fətəliyeva Rodosda mükafatlandırıldı – Foto

Yunanıstanda keçirilən qadın şahmatçıların şəxsi Avropa çempionatının qalibi olan Ülviyyə Fətəliyeva mükafatlandırılıb.

Arena.az xəbər verir ki, Yunanıstanın Rodos adasında təşkil edilən qitə birinciliyinin bağlanış mərasimi keçirilib.

Çempionatın qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub. Qalib şahmatçının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Mərasimdə həmçinin müxtəlif nominasiyalar üzrə ən yaxşı performans nümayiş etdirən şahmatçılar təltif olunub. Azərbaycanın digər təmsilçilərindən Günay Məmmədzadə və Səbinə İbrahimova xüsusi mükafata layiq görülüblər.

Xatırladaq ki, Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb. O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb.