“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının “Çelsi” ilə 26-cı tur ev oyunuda 2:1 hesablı qələbəni şərh edib.
Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Əlbəttə, əgər biz məğlub olsaydıq, bizim, yarış cədvəlindəki vəziyyətimiz daha da pis olardı. Biz oyuna çox pis başladıq, qol buraxdıq, təkbətək mübarizələri uduzurduq, gecikirdik, ləng təpki edirdik, oyunçuları meydanda nəzərdə tutduğumuz kimi yerləşdirə bilmirdik. Ardınca isə vəziyyət tədricən yaxşılaşdı.
Oyundan əvvəl paltardəyişmə otağında biz, bütün 90 dəqiqə ərzində hazır olmağımızın vacibliyi, plana müvafiq fəaliyyət göstərməyimiz və əvəzedicilərin oyuna daxil olmağa hazır oması haqda söhbətləşmişdik”, deyə Unai Emeri bildirib.
Cari mövsümdə keçirdiyi 27 oyundan 42 xalla “Aston Villa” İngiltərə Premyer Liqasının yarış cədəvlinin 7-ci pilləsində qərarlaşıb. “Çelsi” isə 26 oyundan 43 xalla 6-cı pillədədir.
Premyer Liqaya 26 oyundan 61 xalla “Liverpul” başçılıq edir.