Unai Emeri “Çelsi”dən “yediyi kötəyi” şərh etdi

“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının 13-cü turunda “Çelsi”yə səfər məğlubiyyətini (0:3) şərh edib.

Arena.az “Aston Villa”nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Nəticə məyus edir. “Çelsi” ötənilkindən fərqli, daha da yaxşılaşır və güclənir. Hələ ki, biz müsbət nəticələr əldə etmirik, amma hər oyun qələbə yoluna qayıtmaq üçün bir fürsətdir. Ümidvaram ki, çərşənbə günü (“Aston Villa” Premyer Liqanın 14-cü turu çərçivəsində “Bornmut” qarşılaşacaq – redaktorun qeydi) bunu edəcəyik”, deyə Unai Emeri vurğulayıb.

13 turdan sonra 19 xal toplamış “şirlər” yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıblar. “Zadəganlar” isə 25 xalla 3-cü pillədə yer alıblar. Premyer Liqaya 34 xalla “Liverpul” başçılıq edir.