“Aston Villa”nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında Belçika “Brügge”sinə rəqib olmalarını dəyərləndirib.
Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən UEFA Çempionlar Liqasının 1/8 finalına düşməyimizə şadam. Püşkün nəticəsindən məmnunam. Bura yol açmış hər bir komanda burada olmağa layiqdir. Biz “Brügge”ya qarşı artıq, oynamışıq (Çempionlar Liqasının Liqa mərhələsinin səfər oyunu, 0:1 – redaktorun qeydi) və onların nəyə qadir olduqlarından da xəbərdarıq. İndi biz xoşbəxtik və öz azarkeşlərimizlə birlikdə zövq almağa hazırlaşırıq”, deyə Unai Emeri arxayınlığı ilə diqqət çəkib.
Xatırladaq ki, “Aston Villa” “Brügge” ilə ilk oyunu martın 4/5-də səfərdə, cavab oyununu isə martın 11/12-də evdə keçirəcək.