“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının 17-ci turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az “Aston Villa”nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən azarkeşlərimizə minnətdaram. Onlar bizim işimizlə çox fəxr edirlər və bizim də onlara ehtiyacımız var. Bu gün necə bizi dəstəklədilərsə: dəstəklədilər, güc-qüvvələrini köçürdülər – bu, bizim üçün çox vacibdir.
“Mançester Siti” çox çətin komandadır və mən düşünürəm ki, biz fantastik bir oyun oynadıq. 11 futbolçu ilə oynadıq, azarkeşlərimiz isə 12-ci oyunçu oldu. Biz onlarla fəxr edirik və onlara minnətdarıq”, deyə Unai Emeri “şirlər”in tərəfdarlarının xidmətini dönə-dönə vurğulayıb.
Xatırladaq ki, “Aston Villa” son İngiltərə çempionu olan, amma cari mövsümdə uğursuz nəticələri ilə diqqət çəkən “Mançester Siti”yə 2:1 hesabıyla qalib gəlib.
17 oyundan 28 xalla “Aston Villa” Premyer Liqanın yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. “Mançester Siti” isə 27 xalla 6-cı yerdədir. İngiltərə Premyer Liqasına 15 oyundan 36 xalla “Liverpul” başçılıq edir.