Unai Emeri: “Narazıyam, amma heç-heçə ədalətlidir”

“Aston Villa”nın baş məşqçisi Unai Emeri Premyer Liqanın 6-cı turunda “İpsviç Taun”la səfər heç-heçəsini (2:2) şərh edib.

Arena.az “Aston Villa”nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən razı deyiləm, amma nəticənin ədalətli olduğunu düşünürəm. Üçüncü qolu vursaydıq, bu, əsas məqam olardı. Bizim, nəsə artıq, nəsə yaxşı bir xüsusa nail olmaq üçün, az-çox yaxşı bir neçə keçidimiz oldu. Biz bunu icra etmədik, amma biz bu axındayıq.

Premyer Liqada səfər oyunlarında, hətta bu il yarışa vəsiqə qazanmış komandalara qarşı da qalib gəlmək çox çətindir. Onlar həvəslə doludurlar, inamla oynayırlar, azarkeşlərinin yanında isə özlərini rahat hiss edirlər”, deyə Unai Emeri “şirlər”in vacib xal itkisini əsaslandırıb.

6 oyundan 13 xal toplamış “Aston Villa” Premyer Liqanın yarış cədvəlin 5-ci pillədə qərarlaşıb. “İpsviç Taun” isə 4 xalla 15-ci pillədədir. Premyer Liqaya 15 xalla “Liverpul” başçılıq edir.