“Aston Villa”nın baş məşqçisi Unai Emeri Birmingem komandasının cari transfer pəncərəsi üçün hədəflərindən danışıb.
Arena.az italyan jurnalist-insayder Fabrizio Romanoya istinadən, ispan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Bir və ya iki oyunçu komandanı tərk edə bilər. Amma bu, hələ qeyri-müəyyəndir. Öz növbəsində, yeni oyunçular almağa çalışsaq, o zaman heyətimizi mütləq gücləndirə biləcəklər. Amma hazırda onları yanvarda ala biləcəyimiz bəlli deyil”, deyə Unai Emeri bildirib.
Vurğulayaq ki, Unai Emerinin yetirmələri çempionluğa oynayırlar.
Hazırda, İngiltərə Premyer Liqasının 20 turundan sonra “Aston Villa” 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Premyer Liqaya 45 xalla “Liverpul” başçılıq edir.